Uşaqlar üçün “Mənim rəsmim”

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Resm" zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar üçün "Mənim rəsmim" adlı yaradıcılıq müsabiqəsi keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, müsabiqənin məqsədi balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və milli naxışlarımızın tarixi dəyərinin gələcək işlər üçün ilham mənbəyi olduğunu göstərməkdir.

Azərbaycanın hər guşəsindən olan 6-15 yaşadək bütün uşaqlar çəkdikləri ornamenti iyulun 30-dək [email protected] elektron ünvanına, "Resm"in "facebook" səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya saat 11:00-19:00 arası 28 may küç. 46E ünvanında yerləşən "Resm" mağazasına gətirməklə müsabiqəmizdə iştirak edə bilərlər.

İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Bundan əlavə, "facebook" səhifəmizdə ən çox "bəyən" toplayan naxış– izləyici rəğbəti qazanmış qalib sayılacaq.

İyulun 30-dan başlayaraq, işlər "Resm" brendinin "facebook" səhifəsində yerləşdiriləcək və sosial şəbəkə istifadəçiləri sentyabrın 10-dək izləyici rəğbəti qazanmış qalibi seçə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə