Avropanın "ən yaxşı rəssam"ı azərbaycanlı oldu FOTO

Avropanın "ən yaxşı rəssam"ı azərbaycanlı oldu FOTO

Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun "TOİLE D'OR" ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib. SİA-nın verdiyi xəbərə görə, atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova "Adajio" diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb. Bununla da o, "2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı" statusu qazanıb.

Qeyd edək ki, N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı "ART EN CAPITAL" layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə