Kolumbiyanın ölkəmizdəki vəkili ATMU-nun qonağı olub

Kolumbiyanın ölkəmizdəki vəkili ATMU-nun qonağı olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penyanı ali təhsil müəssisəsində qəbul edib. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan və Kolumbiya arasında mövcud olan əlaqələrdən məmnunluğunu bildirən rektor Universitetin inkişaf strategiyasından danışarkən, həm dünyanın nüfuzlu ali məktəbləri, həm də bir sıra beynəlxalq təşkilatları ilə qurulan əlaqələrin səmərəli olması faktını diqqətə çatdırıb.

ATMU-nun rektoru professor C.Cəfərov və Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta İnes Qalindo Penya görüş əsnasında həmçinin, hər iki ölkədə turizmin müasir vəziyyəti, mövcud problemlər və inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Tanışlıq çərçivəsində baş tutan görüşdə başlıca məqsəd ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması idi.

Bütün xəbərlər Facebook səhifəmizdə