Xalq rəssamının 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı, mərhum sənətkar Baba Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılışı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, görkəmli fırça ustasının həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, sənətə gəlişi II Dünya müharibəsi illərinə təsadüf edən rəssamın yaradıcılığında önəmli yeri cəbhədə igidlik göstərən döyüşçülərin bədii obrazları tutur.
Nazir müavini rəssamın müharibədən sonrakı dinc quruculuq illərindəki yaradıcılığının başlıca mövzusunun əmək qəhrəmanları olduğunu söyləyib: "Bu dönəmdə B.Əliyev sadə zəhmət adamlarının bədii obrazlarının yaradılmasında böyük ustalıq göstərib. Bu obrazlarda gələcəyə inam, yorulmazlıq, dərin xəlqi məna və doğmalıq tamaşaçını özünə çəkir".
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxışında B.Əliyevin çağdaş təsviri sənət nümayəndələrinin müəllimi olduğunu vurğulayıb, fırça ustasının bu sahədə pedaqoji fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov da B.Əliyevin rəssamlıq sənəti tariximizdə əvəzsiz xidmətlərindən söz açıb, bu ənənənin indi layiqincə davam etdirildiyini deyib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı, ailə kolleksiyasında qorunan 50-dək sənət əsəri nümayiş etdirilir.
Rəssamın "Qızıl əllər", "Yeni neft yatağında", "Yeni qüvvə", "Mədəndə", "Dülgərin portreti", "Muğanda", "Səhərin şəfəqləri", "Bəstəkar Cövdət Hacıyevin portreti", "Qədim Plovdiv", "Üzüm əkini", "Neftçilərin istirahəti", "Dağlar", "Çuxuryurd", "Çay qırağında", "Meşədə səhər", "Təyyarəçinin portreti", "Ana ürəyi" və digər tabloları sənətsevərlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, sərgi iyunun 11-dək davam edəcək.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB