“Müasir İpək Yolu”nu həyata keçirən ölkələr memorandum imzalayıb

“Müasir İpək Yolu”nu həyata keçirən ölkələr memorandum imzalayıb

Qırğızıstanın Çolpan-Ata şəhərində Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Nazim Səmədovun iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, həmçinin, Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Naziri Altynbek Maksutov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yayman və Kazaxıstanın İnvestisiya və İnkişaf nazirinin müavini Zamir Saginov iştirak edib.

Görüşdə "Müasir İpək Yolu" mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Kazaxıstan, Türkiyə) 11 turizm şirkətləri müəyyən olunub və memorandum sənədi imzalanıb. Nazirlərin görüşü İsyk Golda ekskursiya proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə