Əməkdar artist Avropada silsilə konsertlər verəcək

Əməkdar artist Avropada silsilə konsertlər verəcək

Azərbaycanın əməkdar artisti İsfar Sarabski bəstəkar, müğənni və ud ifaçısı Zafer Yousiflə birgə Avropada konsert turlarına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, sənətçilər iyunun 23-də İtaliyanın Udine şəhərində konsert proqramı ilə çıxış edəcək. Konsert Palmoste Teatrında gerçəkləşəcək.

Musiqiçilər həmçinin, iyulun 2-də Rumıniyada Timişoara caz, iyulun 16-da Portuqaliyada Espino musiqi, həmin ayın 29-da isə İspaniyada Malaqa caz festivallarında çıxış edəcəklər.

İsfar Sarabskinin və Zafer Yousifin daha bir konsert turu avqustun 4-də Almaniyanın Vürtsburq şəhərində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə