Polis əməkdaşları üçün "Olmadı elə, oldu belə” nümayiş olundu

Polis əməkdaşları üçün "Olmadı elə, oldu belə” nümayiş olundu

Füzuli Dövlət Dram Teatrı 2016-cı ilin repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə" əsərini rayon Polis Şöbəsi işçilərinə təqdim edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Səhnə əsərində əsas rollarda Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, İntizar Quliyeva, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Vüqar Babayev, Firuzə Səfərəliyeva və başqaları çıxış edir.

Qeyd edək ki, tamaşanın mövzusu XX əsr zavod və fabriklərində olan bəzi savadsız rəhbərlərin və onların əlaltılarının yeni gənc və savadlı kadrlarla apardığı mübarizədən bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə