Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında türkiyəli yazıçı-dramaturq Toyqun Orbayın pyesi əsasında hazırlanmış "21:15 qatarı" adlı tamaşa nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şair Dilsuz tərəfindən Azərbaycan-dilinə tərcümə olunan səhnə əsərini əməkdar incəsənət xadimi Bəhram Osmanov səhnələşdirib.
Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində əsas rolları xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, əməkdar artistlər Sənubər İsgəndərova və Firuz Xudaverdiyev ifa ediblər. Xronometrajı 75 dəqiqə olan tamaşanın janrı bir hissəli mövcudluq oyunu kimi müəyyənləşdirilib.
Qeyd edək ki, T.Orbayın pyesləri dünyanın çoxsaylı teatrlarında tamaşaya qoyularaq böyük tamaşaçı auditoriyası qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB