ATMU-nun əməkdaşı ”Beynəlxalq liderlik” proqramında iştirak edib

ATMU-nun əməkdaşı ”Beynəlxalq liderlik” proqramında iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən "Beynəlxalq liderlik " adlı proqramın iştirakçısı olub. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ABŞ-ın müxtəlif şəhərlərində fəaliyyət göstərən turizm idarələri və agentliklərində təşkil olunan görüş-müzakirələr zamanı turizm sahəsi üzrə aktual sayılan mövzulara dair fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları eyni zamanda, ABŞ-ın turizm təmayüllü nüfuzlu universitetlərində tanışlıq görüşündə də olublar. Həmçinin, ABŞ-ın müxtəlif parklarına, turizm baxımından perspektivli sayılan ərazilərə səfərlər çərçivəsində iştirakçılar tərəfindən destinasiyaların turizm potensialı və ölkə iqtisadiyyatına təsiri kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, "Beynəlxalq liderlik"adlı proqrama dünyanın 25 ölkəsindən nümayəndə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə