Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tibb elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, baş nazirin müavini Elçin Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Öncə Vəli Axundovun həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.
Tədbirin açılışını edən Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar bildirib ki, yubiley mərasimi ölkə başçısının Sərəncamına əsasən təşkil olunub: "Vəli Axundov Azərbaycanın çox çətin dönəmlərində hakimiyyətdə olub. Millətçilik probleminin hökm sürdüyü bir şəraitdə görkəmli ictimai xadim Azərbaycanın mənəvi dəyərlərini, mədəniyyətini, milli mənsubiyyətini qorumağa çalışıb. O, siyasi fəaliyyətində daim Azərbaycanın birliyinə nail olmaq üçün səy göstərib. Bu baxımdan, milli idealogiyanın formalaşmasında Vəli Axundovun xidmətləri danılmazdır".
Sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Yavər Rzayevin lentə aldığı "Vəli Axundov. XXI əsrdən baxış" sənədli filmi təqdim olunub.
Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Akademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında" 15 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən keçirilib.

.jpg)
.jpg)


.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB