F.Köçərli adına Respublika Uşaq Kitabxanasında "Süd qoxulu körpələr" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Yatmış gözəl" nağılı əsasında qurulmuş ssenari üzrə uşaqların maraqlı kompozisiyaları təqdim olunub. Uşaqlar nağıl qəhrəmanlarının timsalında şeirlər, mahnılar, rəqslər və səhnəciklər ifa ediblər.
Tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərovaya çıxış edərək bildirib ki, bu gün ölkəmizdə uşaqlara, körpələrə xüsusi diqqət və qayğı göstərilir. Belə ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hər cür zəruri şərait yaradılıb.
Sonda balacalara kitabxana tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB