İstanbulda erməni zorakılığı ilə bağlı silsilə tədbirlər keçirilib
"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği" layihəsi çərçivəsində İstanbulda 4 müxtəlif məkanda silsilə tədbirlər həyata keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirlərdə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Nəsirova, İnnovativ İdeyalar İnstitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov, "Azərbaycan Aydınlar Ocağı" İctimai Birliyinin sədri Vüqar Qədirov, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Qaçqın, köçkün, əlil və veteranların məsələləri" qrupunun üzvü Emin Həsənli, fəal gənclər Könül Məmmədova, Elnar Novruzova, İstanbul Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, professor Necmi bəy, Sakarya Universtetinin professoru Mustafa Cerrahoglu, Tarix muzeyinin direktoru Qara Bekirqızı Timsal xanım, İzmit TADEF-in nümayəndəsi İlhan İşbaşı və digər dəyərli qonaqlar da iştirak ediblər.
Tədbirdə çıxış edən İradə Nəsirova erməni işğalçıları tərəfindən Azərbaycana vurulan ziyan haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmini əks etdirən film nümayiş olunub.
Vüqar Qədirov, Ramil Süleymanov, Emin Həsənli də çıxış edərək, ermənilərin Azərbaycan torpaqlarında apardığı vandalizm siyasəti haqqında ətraflı məlumat veriblər.
Tədbirdə iştirak edən Qarabəkir Kazım paşanın qızı Timsal xanım Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu bildirib və ermənilərin keçmişi haqqında maraqlı tarixi faktlardan danışıb.
Sonda qonaqlara və tədbir iştirakçılarına erməni vandalizmini özündə əks etdirən təlim materialları paylanıb.
Qeyd edək ki, layihə 3 ay müddətində Türkiyə və Gürcüstanın ayrı-ayrı bölgələrində davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB