M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan Adolfo Bio Kasaresin "Morelin ixtirası" kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Argentinanın ölkəmizdəki səfiri Carlos Dante Riva Kasaresin Azərbaycanda ilk dəfə nəşr olunduğunu, kitabın tərcüməsinin Argentina Xarici İşlər və Etiqad Nazirliyinin dəstəyi üzrə "Sur (Cənub)" proqramı çərçivəsində reallaşdırıldığını söyləyib.
1940-cı illərdə yazılmış kitabın Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilməsindən məmnunluq duyduğunu söyləyən diplomat bu əsərin ərsəyə gəlməsinə görə, Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.
Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının ölkəmizdə tanıdılması sahəsində gördükləri işlərdən danışıb. Argentina və Latın Amerikası ədəbiyyatından, təqdimatı keçirilən kitabdan söz açan A.Məsud səfirə əsərləri tərcümə olunmaq üçün yazıçı Adolfo Bio Kasaresi təqdim etdiyinə görə təşəkkürünü bildirib.
Sonda çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və belə layihələrin davamlı olmasını arzulayıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB