“Boqema” operası üç ölkənin təqdimatında

“Boqema” operası üç ölkənin təqdimatında

İyunun 11-də Ukrayna, Belarus və yerli vokal ustalarının birgə iştirakı ilə Cakomo Puççininin "Boqema" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhnə əsərində Ukrayna Milli Operasının solisti, xalq artisti, vokalçı Olqa Naqornaya əsas partiyalardan birini - Mimi partiyasını ifa edəcək. Belarus Akademik Böyük Opera və Balet teatrının solisti, əməkdar artist Vladimir Qromov isə Marsel rolunu canlandıracaq.

Tamaşada, həmçinin, Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov, əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Anton Ferştandt, solistlərdən Tural Ağasıyev, Firuz Məmmədov və Fəhmin Əhmədli çıxış edəcək.

Səhnə əsərinin dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə