Gənc rəssam Əfsanə Həbib Rusiyanın Moskva şəhərində keçirilən "Ənənə və müasirlik" adlı beynəlxalq incəsənət sərgisinin 10-cu yubiley tədbirində diploma layiq görülüb. Bu haqda SİA-ya rəssamın özü açıqlama verib.
O, dünyaca məşhur festivalda Vətənini təmsil etdiyinə görə qürur hissi keçirdiyini bildirib: "Öncə onu deyim ki, müxtəlif ölkələrdən qatılan məşhur rəssamlarla birgə sözügedən festivalda yer aldığım üçün çox şadam. Festivalın açılış mərasimində Rusiyanın məşhur incəsənət nümayəndələri, hökumət rəsmiləri, eyni zamanda, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edirdi. Cənab səfir bizim əl işlərimizi seyr edərək, müsbət fikirlərini paylaşdı. Bu, məni çox qürurlandırdı.
Xüsusilə vurğulayım ki, festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın xalq rəssamı Zurab Tsereteli, xalq rəssamı Tahir Salahov, Pyer Karden kimi məşhur şəxsiyyətlər daxil idi. Münsiflər heyətində mənə bu sənəti sevdirən müəllimim, əməkdar rəssam Sakit Məmmədov da var idi. Festivalda daim uğurla çıxış edən ölkəmizi təmsil etdiyimə görə çox xoşbəxtəm".
Qeyd edək ki, Əfsanə Həbib dünyaca məşhur olan "Vera" festivalında batik üzərində çəkdiyi "Azad balıqlar", "İnsan", "Kloun" əsərləri, həmçinin, kətan üzərində çəkdiyi "Pretty woman", "Qadın" portreti ilə çıxış edib.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB