"ÜNS" Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrında Roman Viktyuk Teatrının "Zamanların əvvəli və sonunda" tamaşasını böyük uğurla təqdim edib. SİA-nın verdiyi xəbərə görə, əsərin müəllifi daha çox Pavel Ariye kimi tanınan Pavel Alekseyevdir. Ukraynanın ən istedadlı dramaturqlarından hesab olunan Pavel Ariyenin pyesləri rejissorlar tərəfindən yüksək qiymətləndirilir və tamaşaçılar tərəfindən sevilir.
"Zamanların əvvəli və sonunda" pyesi dünya miqyaslı faciədən-Çernobıl atom elektrik stansiyasındakı (AES) partlayışdan bəhs edir. Bu, mübahisəli, baxılması ağır olan, eyni zamanda, vazkeçilməz pyes, həyat və ölüm, sadə gün-güzəran yumoru və xalq hikməti, qaçaraq, təmənnasız, nəticəsi düşünülmədən göstərilən şücaət haqqında dramatik hekayədir.
Tamaşada rolları Oleq İsayev, İqor Nevedrov, Lyudmila Poqorelova, Aleksandr Semyonov, Aleksandr Dzyuba ifa ediblər.
Qeyd edək ki, Roman Viktyuk Teatrı həmçinin, Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Mixail Kuzminin "Çəkməli pişik" tamaşasını göstərib.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB