Musiqili Uşaq Teatrı balacaları sevindirib FOTOLAR

Musiqili Uşaq Teatrı balacaları sevindirib FOTOLAR

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrında rus xalq nağılının motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi "Qoğal " adlı nağıl tamaşasını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsus idi.

Nağılın baş qəhrəmanı olan "Qoğal" tamaşada bir növ refren xarakteri daşıyıb. Belə ki, onun rep üslubunda səsləndirdiyi vokal nümunə azyaşlıların marağına səbəb olub. Bununla yanaşı, səhnə əsərində nəinki müasirliyi, həmçinin, milli koloriti də hiss etmək mümkün idi. Belə ki, Nənə və Baba personajlarının geyimlərindəki milli motivlər, o cümlədən kəlağayı, həmçinin, Baba obrazının geyimindəki buta elementləri xüsusilə diqqəti cəlb edib. Eləcə də tamaşadakı Çoban obrazının milli alətimiz olan tütəklə ifası da qeyd olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə