Sumqayıt Dövlət Rəsm Qalereyasında Nizami Gəncəvi adına Kitabxana Klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə" adı altında keçirilən sərgidə 30-a yaxın əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması və tanıdılmasıdır.
Tədbirə qatılan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub. O, çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Balaca istedadların əl işlərini yüksək qiymətləndirən idarə rəisi belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. "Uşaqlar gülərsə dünyamız gülər" deyən Mehman Şükürov körpə fidanlara xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
Çıxış edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da balacaları təbrik edib, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduqunu bildirib.
Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, səsləndirdiyi şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda uşaqlar Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan sərgi ilə yaxından tanış olublar. Sərgidə uşaq şairlərinin yaradıcılığını əks etdirən ədəbiyyatlar nümayiş edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB