Məlumat verdiyimiz kimi, 26-31 may tarixində Rusiya Federasiyasının Moskva şəhərində "Ənənə və müasirlik" Beynəlxalq İncəsənət Sərgisinin 10-cu yubiley tədbiri təşkil olunub. Nazirlikdən verilən xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.
Təntənəli mükafatlandırma mərasimi çərşənbə axşamı Moskva Beynəlxalq Musiqi Evinin Teatr zalında baş tutub. Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Əbülfəs Qarayev bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə fəal iştirakı və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.
Qeyd edək ki, festivalın əsası 2007-ci ildə Moskvada "Mədəniyyətin dəstəklənməsi və incəsənətin inkişafı Fondu" tərəfindən qoyulub. Festivalın təşkilat komitəsinə və münsiflər heyətinə Rusiyanın xalq rəssamı Zurab Tsereteli, xalq rəssamı Tahir Salahov, Pyer Karden kimi məşhur şəxsiyyətlər daxildir.
Sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim edilir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əməkdar rəssamlar Fərman Qulamov, Rəşad Mehdiyev, Sakit Məmmədov, rəssam Namiq Məmmədov, və gənc rəssam Məryəm Ələkbərli bu festivalın müxtəlif nominasiyalar üzrə birinci mükafatına layiq görülüblər.
Sərgidə Azərbaycan Respublikası digər ölkələrlə müqayisədə həm rəssam və pavilyon sayı, həmdə əsərlərin yüksək bədii əhəmiyyəti baxımından ən geniş miqyasda iştirak edib. Festivalda Azərbaycan Tahir Salahov (ayrıca pavilyonla), Sakit Məmmədov (ayrıca pavilyonla) Sakit Məmmədovun tələbələrinin cəmləşdiyi "Aynur" Studiyası, "Turan" Studiyası, Ukrayna və Rusiyada yaşayan həmyerlimiz, istedadlı rəssam, heykəltəraş Katib Məmmədov (ayrıca pavilyon), Məryəm Ələkbərli, Rəşad Mehdiyev, Rufina Abbasova və digərləri tərəfindən təmsil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB