Siyəzəndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub FOTOLAR

Siyəzəndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub FOTOLAR

Siyəzən rayon Uşaq İncəsənət məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hesabat-konsert keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Hüquq Mühafizə orqanlarının işçiləri, rayonun müxtəlif idarə - müəssisələrindən nümayəndələr, məktəbin işçi kollektivi, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak edib.

Konsertdə musiqi məktəbinin xor kollektivi, nağaraçılar qrupu, məktəbin uşaq ansamblı və başqa şagirdlər çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə