Xalq şairi: "81 yaş öz sözünü deməyə başlayıb" AÇIQLAMA

Xalq şairi: "81 yaş öz sözünü deməyə başlayıb" AÇIQLAMA

"Əgər hələ də yazıb-yarada bilirəmsə, demək ki sağam". Bu fikirləri xalq şairi Fikrət Qoca SİA-ya açıqlama verərkən səsləndirib.

Şairin sözlərinə görə, təəssüf ki, indi hər kəs bir problemlə bağlı əziyyət çəkir: "Mənim də yaşım öz sözünü deyir. 81 yaşda biri olaraq, əgər ünsiyyət qura bilirəmsə, fəaliyyətlə məşğul oluramsa buna da şükür etmək lazımdır.

Hazırda bəşəriyyətdə aclıq, səfalət hökm sürür, insanlar terrorun qurbanı olur. Bizlər də bəşəriyyətin bir parçası olaraq, bu problemlərdən sarsılırıq. Belə olan halda, sağlığımızla bağlı hər hansı bir narahatlıq keçiririksə, bunu təbii qarşılamalıyıq.

Bütün bunlara baxmayaraq, ədəbi fəaliyyətimi davam etdirirəm, bədii tədbirlərdə qonaq oluram. Elə iyunun 5-də keçiriləcək xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə ithaf olunmuş Şairlər Günündə də iştirak etməyə çalışacam".

Bütün xəbərlər Facebook səhifəmizdə