"Azanfilm" studiyasının elan etdiyi "Mənim ideyam var" süjetlər müsabiqəsinin nəticələri açıqlanıb. Studiyadan SİA-ya verilən xəbərə görə, yazıçı Sevinc Nuruqızının kiçik yaşlı uşaqlar üçün qələmə aldığı "Qaz balası" adlı 20 sayda süjetlər silsiləsi öz orijinallığı və müsabiqənin konseptinə uyğunluğu ilə seçilib.

Qeyd edək ki, yanvarın 15-də start götürən müsabiqə animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması və milli dəyərlərin təbliği məqsədilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə