Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gəncədə gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Prezident təqaüdçülərinin konserti keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, konsertdə yerli və xarici bəstəkarların əsərləri, həmçinin, milli musiqimizdən nümunələr səsləndirilib.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB