Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidova Moskva şəhərində keçirilən Sergey Prokofyev adına 2-ci Beynəlxalq Musiqi Müsabiqəsinin mükafatçısı olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Moskva şəhərində keçirilən müsabiqənin qala konserti zamanı Ceyla Seyidovaya Qran-Pri mükafatı təqdim edilib.
Qeyd edək ki, Ceyla Seyidova 6 yaşından musiqi ilə məşğul olur və skripka sahəsində ixtisaslaşıb. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən beynəlxalq festivalın laureatı adına, 2007-ci ildə isə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazılıb.
Ceyla Seyidova Prezident İlham Əliyevin 31 yanvar 2015-cü il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB