Azərbaycanın müstəqil, art-underground teatrı olan ADO Teatrı Gürcüstan və Türkiyəyə qastrol səfərinə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.
Onun sözlərinə görə, qastrol 1 iyundan 15 iyun tarixinə kimi davam edəcək və səfər zamanı teatr rəhbərinin adıçəkilən ölkələrdəki mədəniyyət insanları ilə görüşləri baş tutacaq: "ADO-nun Gürcüstan və Türkiyəyə səfər hazırlıqları yekunlaşmaq üzrədir. Qastrola teatrın "Stop" tamaşasını aparırıq. Öncə İstanbulda, daha sonra isə Tiflisdə nümayişlərimiz baş tutacaq. Səfər çərçivəsində Tiflisdə "Movement" teatrında, daha sonra Gürcüstanın Bolnisi rayonunda yaşayan azərbaycanlılar və gürcülər üçün tamaşalar nümayiş olunacaq. Nümayiş olunan tamaşa sözsüzdür və hər kəsin başa düşəcəyi formatdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB