Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə 30 may tarixində Xaçmaz rayon Mədəniyyət Mərkəzində "Sabir poeziya günləri" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssüratlar oyadıb.
Mədəniyyət Mərkəzində tədbiri "Sabir poeziya günləri"nin məsul katibi Əjdər Ol açıb. Xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, Rəşad Məcid, İradə Tahirli, Paşa Qəlbinur, Əhməd Qəşəmoğlu, Rüstəm Kamal, Sabir Sarvan,Ağalar Bayramov, Sayman Aruz,Təyyar Salamoğlu çıxış edərək böyük Azərbaycan ədibi, satirik şair M.Ə.Sabirin həyat və yaradıcılığından danışıblar, poeziya nümunələri səsləndiriblər.
RİHB-nin müavini, İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərova çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin qürurverici olduğunu bildirib, rayonda mədəniyyət sahəsinə böyük maraqdan danışıb və tədbirin Xaçmazda keçirilməsinin rayon ictimaiyyəti üçün əlamətdar olduğunu bildirib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB