Xalq artistinin həyat yoldaşı vəfat etdi AÇIQLAMA

Xalq artistinin həyat yoldaşı vəfat etdi AÇIQLAMA

Xalq artisti Valeh Kərimovun həyat yoldaşı Zöhrə Kərimova dünyasını dəyişib. Bədbəxt hadisə ilə bağlı kövrələn aktyor SİA-ya məlumat verib.

Xalq artisti bildirib ki, yoldaşı uzun müddətdir qan təzyiqi problemindən əziyyət çəkirdi: "Bir ay bundan öncə küçədə yıxıldıqdan sonra qol, ayaq, bel nahiyələrindən çoxsaylı sınıq xəsarətləri almışdı. Vəfat etdiyi günə qədər mütəmadi olaraq, xəstəxanada, daha sonra evdə müalicəsini davam etdirirdi. Lakin yıxılanda başı zərbə ilə dəydiyi üçün beynində yaranan problemə görə, dünyasını dəyişdi".

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə