Xalq artistindən musiqisevərlərə şad xəbər

Xalq artistindən musiqisevərlərə şad xəbər

İyunun 3-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, professor Yeganə Axundova konsert proqramı ilə çıxış edəcək.

Akademiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq.

Konsertdə dünya şöhrətli bəstəkarlar Manuel de Falyanın "İspan bağlarında gecələr", Edvard Qriqin "Simfonik rəqslər" və "Norveç rəqsləri" əsərləri səsləndiriləcək.

Orkestrə əməkdar incəsənət xadimi Elşad Bağırov dirijorluq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə