Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin 28 May - Respublika gününə həsr edilmiş "Azərbaycan özü bir tarix" adlı tədbir keçiriləcək. Muzeydən SİA-ya bildirilib ki, tədbirdə Xalça Muzeyinin elmi işçisi Rəsmiyyə Qarayeva 28 May -Respublika gününün xalqımızın tarixindəki əhəmiyyətindən söhbət açacaq.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqların çıxışları gözlənilir.
Sonda Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının aforizmlərdən ibarət kompozisiya təqdim edəcək, vətənpərvərlik mahnıları ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB