Nizami Kino Mərkəzində "Deliоrmanlı" və "Varkraft" bədii filmlərinin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, döyüş, məcara və fentezi janrında çəkilən "Varkraft" filminin ssenari müəllifi və rejissoru Dunkan Consdur. Sloqanı: "İki dünya –bir taleh"dir. Yaş həddi: +12
Əsrlərlə maqiyanın gücü və əlçatmaz divarlar insanları bəlalardan qoruyardı. Amma minilliklər öncə fəth edilmiş və yaddan çıxmış bəla yeni oyanır. Krallığın düz ürəyində anlaşılmaz portal açılmış və görünməmiş məxluqlar irqi Azerota torpaqlarını basmışlar. Dünyanın taleyini həmişəlik dəyişmək iqtidarında olan hadisələr bundan sonra başlayır...
Filmdə rolları Trevis Fimmel, Pola Peton, Ben Foster, Dominik Kuper, Tobi Kebbell, Ben Şnettser, Robert Kazinski, Klensi Braun, Deniel Bu,Rut Neqqa və başqa aktyorlar canlandırıb.
AF Mediya şirkətinin təqdim etdiyi "Deliormanlı" filminin rejissoru və ssenari müəllifi Murat Şekerdi. Film döyüş, dram və idman janrındadır. Yaş həddi: 12+
Deliormanlı ləqəbiylə tanınan Savaç Türkyılmaz Avropa çempionu titulu olan milli boksçudur. Həyat yoldaşını itirən Deliormanlı bir ara özünə qapanır və rinqdən uzaqlaşır. Amma anasının müalicəsinin pulunu ödəmək üçün yenə döyüşlərə qatılmaq məcburiyyətində qalır. Ortaya, Deliormanlının arxada qalmış həyat hekayəsini araşdıan telejurnalist Hülya Yigit çıxır. Deliormanlı böyük final oyununa hazırlaşdığı vaxt onun və Hülyanın bu yolda ən böyük əngəli menecer və mafiya babası Tahsin Karadır...
Filmdəki obrazları aktyorlar Sarp Levendoğlu, Birce Akalay, Gürkan Uygun və başqaları canlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB