Lənkəran Dövlət Dram Teatrında tələbə-gənclərin ifasında "Zəncirlənmiş fəryad" tamaşası nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Xan Lənkəran Könüllüləri"nin ərsəyə gətirdikləri səhnə əsərinin müəllifi Arzu Əlizadə, quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolların ifaçılarını tələbələr təşkil edən səhnə əsərində narkomaniyanın və erkən nikahın acı fəsadlarından, ailədə valideyn-uşaq münasibətlərindən söz açılıb.
Sonda çıxış edən Lənkəran Şəhər Gənclər İdman İdarəsinin rəisi Yalçın Əhmədov "Xan Lənkəran Könüllüləri"nin iştirakı ilə gələcəkdə bu cür layihələrin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, tamaşanı izləyənlər arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və yerli ictimaiyyətin nümayəndələri də olub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB