Musiqi məktəbində Respublika günü qeyd olunub FOTOLAR

Musiqi məktəbində Respublika günü qeyd olunub FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 N-li 11 illik Musiqi Məktəbi 28 may-Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 N-li 11 illik Musiqi Məktəbi 28 may-Respublika gününə həsr olunmuş hesabat konserti keçirib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə məktəbin xoru tərəfindən Yatsenko Tatyana və konsertmeystr Manafova Aytənin rəhbərliyi altında "Ana torpaq", "Qarabağ şikəstəsi" və ingilis mahnısı "Həyatın ritmi" adlı əsərləri ifa olunub.

Daha sonra istedadlı şagirdlərin ifasında F.Əmirov, V.Adıgözəlov, T.Quliyev, S.Ələsgərov, Q.Qarayev, M.Dunayevski, A.Miller, A.Monti kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə həmçinin, respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.

. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə məktəbin xoru tərəfindən Yatsenko Tatyana və konsertmeystr Manafova Aytənin rəhbərliyi altında "Ana torpaq", "Qarabağ şikəstəsi" və ingilis mahnısı "Həyatın ritmi" adlı əsərləri ifa olunub.

Daha sonra istedadlı şagirdlərin ifasında F.Əmirov, V.Adıgözəlov, T.Quliyev, S.Ələsgərov, Q.Qarayev, M.Dunayevski, A.Miller, A.Monti kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertdə həmçinin, respublika və beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə