Opera və Balet Teatrında "1 iyun-Uşaqları Beynəlxalq Müdafiə" günü ərəfəsində Süleyman Sani Axundovun eyniadlı povestinin motivləri əsasında Əşrəf Abbasovun bəstələdiyi "Qaraca qız" baletinin premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, balet cəmiyyətdəki ədalətsizliyin, bərabərsizlik və amansızlığın qurbanı olan qəhrəmanın-Qaraca qızın bədbəxt taleyindən, bununla yanaşı, onun xeyirxahlığı, sədaqəti, insanlara hədsiz məhəbbətindən bəhs edir.
Tamaşanın quruluşçu baletmeysteri əməkdar artist Samir Səmədov, dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.
Əsas rollarda balet truppasının gənc solistləri - Milli və klassik rəqs üzrə Qəmər Almaszadə adına I beynəlxalq müsabiqənin Qran-pri mükafatının laureatı Cəmilə Kərimova, I mükafatın sahibi Timur Oduşev, əməkdar artist Alsu Qimadiyeva, solistlərdən Elmira Süleymanova, Səbinə Məmmədova, Səbinə Abdullayeva, Anar Tahirov, Faiq Qubadov və digərləri çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB