24 May 2016 –cı il tarixində Qazaxıstan Parlamentində Qırğızıstan Kinematoqrafiya İttifaqının sədri, Qırğızıstan Parlamentinin üzvü, həmçinin TürkPA-nın Sosial, mədəni və humanitar məsələr komissiyasının sədri cənab Sadık Şer-Niyazın rejissoru olduğu "Kurmanjan Datka" adlı filmin təqdimat mərasimi keçirilib. TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qırğızıstanın tanınmış dövlət xadimi və sərkədəsi Kurmanjan Datkaya həsr edilmiş film onun çətinliklərlə dolu həyatından bəhs edir.
TükPA üzv ölkələri parlamentlərinin millət vəkilləri belə bir tarixi və maarifləndirici filmə olan incə yaradıcı yanaşmaya görə Sadık Şer-Niyaza öz təbriklərini çatdırmış və gələcəkdə digər üz ölkələrdə də filmin geniş şəkildə nümayiş olunmasını təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB