Gənc musiqiçi Qran-Pri mükafatına layiq görülüb

Gənc musiqiçi Qran-Pri mükafatına layiq görülüb

Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidova 21-29 may tarixində Moskva şəhərində keçirilən Sergey Prokofyev adına 2-ci Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-Pri mükafatçısı olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqə qaliblərinin mükafatlandırılması 29 may tarixində Moskva şəhərində keçiriləcək qala-konserti zamanı baş tutacaq.

Qeyd edək ki, Ceyla Seyidova Prezident İlham Əliyevin 31 yanvar 2015-cü il tarixli sərəncamı ilə gənclər üçün prezident mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə