Xalq yazıçısı Anarla görüş baş tutub

Xalq yazıçısı Anarla görüş baş tutub

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarla görüş keçirilib.

AYB-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yazıçının məktəblilərlə görüşü Abşeron Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən birgə təşkil edilib.

Tədbiri açan məktəbin direktoru Elnura Cavadzadə görüşün məktəblilər üçün əhəmiyyətini vurğulayıb. AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid xalq yazıçısı Anarın həyat və yaradıcılığından söhbət açıb. Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, təhsil şöbəsinin müdiri Kamran Rzayev, yazıçı Pərvin və başqaları ədəbiyyatımızın görkəmli nümayəndəsi Anarın əsərlərinin gənc nəslin formalaşmasında xüsusi əhəmiyyətini qeyd ediblər.

Tədbirdə ədibin həyat və yaradıcılığı ilə bağlı video-çarx nümayiş etdirilib. Habelə Anarın ssenarisi əsasında çəkilmiş film və tamaşalardan səhnəciklər göstərilib, yazıçı haqqında ayrı-ayrı ədiblərin fikirləri səsləndirilib, şeirlər oxunub və məktəblilərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə