Musiqili Teatrda “999-cu gecə” FOTOLAR

Musiqili Teatrda “999-cu gecə” FOTOLAR

25-26 may saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası- "Min bir gecə" nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə" böyüklər üçün nağıl-tamaşasının nümayişi gerçəkləşəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla onun ifritə arvadı Fatma arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu drijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeystri əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmestri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Səhnə əsərinin rolları əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Qeyd edək ki, bu nağıl "1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə" adlandırıb. Gözlənilməz situasiyalarla zə xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə" baletinin musiqilərindən və mahnılarından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə