Musiqili Uşaq Teatrından balacalara müjdə

Musiqili Uşaq Teatrından balacalara müjdə

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən və bir çox tamaşaları ilə böyük uğurlar əldə edən "Musiqili Uşaq Teatrı" 31 may və 1 iyun tarixlərində Gənc Tamaşaçılar Teatrında rus xalq nağılı motivləri əsasında Elşad Rəhimzadənin səhnələşdirdiyi "Qoğal " adlı nağıl tamaşasını təqdim edəcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsusdur.

Qeyd edək ki, tamaşaya biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasından və Gənc Tamaşaçılar Teatrının kassasından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə