Mayın 22-də 69-cu Beynəlxalq Kann Film Festivalın mükafatlandırma mərasimi keçirilib. Fransa mətbuatı xəbər verir ki, bu il namizədlər 7 nominasiya üzrə mükafatlandırılıblar. "Qızıl palma budağı" mükafatına ingilis rejissoru Ken Loachın "I, Daniel Blake" filmi layiq görülüb. Festivalının əhəmiyyətinə görə ikinci mükafatı - Qran-pri isə Xavyer Dolana verilib. Ən yaxşı kişi roluna görə mükafat Şabab Hoseyniyə, jürinin mükafatı Andrea Arnoldun "Amerika balı" filminə təqdim olunub. Jaklin Jose ən yaxşı qadın rolu, iranlı rejissor Aşğar Farhadi isə ən yaxşı ssenariyə görə təltif ediliblər. "Bakalavr" və "Personal Shopper" filmləri ən yaxşı rejissor nominasiyasında mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB