Qətərdə “Azərbaycan muğam gecəsi” keçirilib

Qətərin paytaxtı Dohada "Azərbaycan muğam gecəsi" adlı konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Respublika Gününə həsr edilib. Tədbirdə diplomatik korpusun nüməyəndələri, diaspora üzvləri, media iştirak edib.

Gecədə Azərbaycan muğamı və ölkədə bu musiqi janrının inkişafı ilə bağlı video-çarx nümayiş olunub. Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov, Elnur Əliyev, Oqtay Şərifov və Əhməd Əhmədov Azərbaycan muğamları və milli musiqilərini ifa ediblər.

Tədbir çərçivəsində həmçinin, Azərbaycan sənətkarlıq nümunələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə