"Abidələrin dağıdılması işğalçı siyasətin bir parçasıdır" AÇIQLAMA
"Dağlıq Qarabağdakı memarlıq abidələrinin məhv edilməsinin qarşısının alınması bizim əsas fəaliyyət istiqamətimizdən biridir". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.
Onun sözlərinə görə, təəssüf ki, hazırda Dağlıq Qarabağ ərazisində yerləşən tarixi memarlıq abidələrimiz bizim nəzarətimiz altında deyil: "Buna görə də, biz ümumi kontekstdən kənara çıxıb, həmin abidələrin konkret vəziyyəti haqqında ətraflı məlumat əldə edə bilmirik. Lakin münaqişə zonalarında məqsədyönlü şəkildə məhv edilən abidələrin qorunması istiqamətində mümkün olan bütün addımlar atılır.
Məlumdur ki, Dağlıq Qarabağda olan tarixi memarlıq nümunələrimizin çoxu məhv edilib, yararsız vəziyyətə düşüb, bir qismi isə düşmən ölkə tərəfindən saxtalaşdırılaraq, mənimsənilib. Bu məsələ ilə bağlı dəfələrlə YUNESKO və Avropa Şurasına müraciət olunub. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun keçirdiyi beynəlxalq toplantılarda və görüşlərdə tarixi abidələrin qorunması məqsədi ilə konkret faktlar təqdim edilib. Lakin bildiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi hələ də icra olunmur. İşğalçı siyasətin bir parçası olan abidələrin dağıdılmasının qarşısını almaq da siyasi gedişatdan asılıdır".
Vasif Eyvazzadə həmçinin bildirib ki, sözügedən problem layiqli həlli yolunu tapdıqdan sonra Dağlıq Qarabağ ərazisində yerləşən bütün tarixi memarlıq abidələrimizin bərpası istiqamətində gərəkli addımlar atılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB