Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin 2015-2016-cı dərs ilinin yekunlarına həsr edilmiş hesabat konserti keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak edib.
Hesabat konsertində məktəbin aşağı sinif şagirdlərindən ibarət xor kollektivinin ifasında Amerikanın xalq mahnısı olan "Balaca Djo", Y.Haydın "Alleluya", Rəna Qədimovanın "Xilaskar qartallar" mahnıları səslənib.
Məktəbin şagird və müəllimləri müxtəlif musiqi alətlərində Ceyms Last, V.Podelski, Y.Polunin, N.Əliverdibəyov, Y.Krılatov, A.Məlikov kimi bir çox bəstəkarların əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB