Azərbaycanın Kanndakı kino pavilyonunda Almaniyanın "Cottbus" Beynəlxalq Film Festivalının direktoru Bernd Buder ilə görüş keçirilib. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, görüşdə son illərdə geniş yayılan pitçinq (kino layihələrinin təqdimatı və müdafiəsi) və layihə üçün xarici vəsaitlərin cəlb olunması barədə müzakirə aparılıb.
Görüşdə prodüser və rejissorların öz layihələrini beynəlxalq festivallar çərçivəsində təşkil olunan pitçinqlərdə düzgün təqdim etmələrinin vacibliyi vurğulanıb. Bu məqsədlə "Cottbus" Beynəlxalq Film Festivalının rəhbəri ilə təcrübəli mütəxəssislər tərəfindən Azərbaycanda ustad dərslərinin keçirilməsi haqqında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, son illərdə "Cottbus" Beynəlxalq Film Festivalında Azərbaycan istehsalı olan "4.1 Şəhər motivləri", "Axınla aşağı", "40-cı qapı", "Ev" və başqa filmlər uğurla nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB