Məşhur ingilis aktyoru “Şerlok”da çəkiləcək

Məşhur ingilis aktyoru “Şerlok”da çəkiləcək

Məşhur ingilis aktyoru Tobi Cons "Şerlok" serialında rola alacaq. SİA-nın "The Guardian"a istinadən verdiyi xəbərə görə, aktyor filmdə ən qorxulu cani rollarından birini canlandıracaq. O, obrazı çox bəyəndiyini və hadisələrin necə inkişaf edəcəyinin onu çox maraqlandırdığını bildirib.

Şounun müəllifi Stiven Moffat Tobi Consun yaradıcı heyətin tərkibində yer almasından məmnunluğunu və ifadə edib. Məşhurun filmdə həmkarı aktyor Mark Qatis Tobinin öz rolunun öhdəsindən peşəkarcasına gələcəyindən əmin olduğunu deyib.

Qeyd edək ki, BBC Televiziyası "Şerlok"un yeni mövsümünü gələn ilin yanvar ayında yayımlamağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə