Ölkəmiz Beynəlxalq Muzeylər Festivalında iştirak edib FOTOLAR

Ölkəmiz Beynəlxalq Muzeylər Festivalında iştirak edib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada "İntermuzey-2016" Beynəlxalq Muzeylər Festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətlərindən başqa, muğam, aşıq sənəti, tar ifaçılığı sənəti YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, XX əsrin əvvələrində başqa mədəniyyətlərlə, o cümlədən, Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən çoxlu muzey materialları nümayiş etdirilib.

Muzeyin Qədim Musiqi Alətləri Ansamblı üçlüyünün ifasında Azərbaycan musiqisi səslənib. Stend ətrafına toplaşan tamaşaçılar onların çıxışını heyranlıqla qarşılayıb, rəy kitabında öz təəssüratlarını bildiriblər.

Ansambl həmçinin, Sergey Prokofyevin anadan olmasının 125 illiyi ilə əlaqədar bəstəkarın "Üç portağala məhəbbət" operasından Marşı milli musiqi alətlərində ifa ediblər.

Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Rusiya Federasiyasının Mədəniyyət naziri V.R.Medinskinin imzası ilə "İntermuzey-2016" festivalında iştirakçı diplomu təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə