Xalçaçılıq sənəti ilə bağlı maarifləndirmə tədbirləri görülüb FOTOLAR

Xalçaçılıq sənəti ilə bağlı maarifləndirmə tədbirləri görülüb FOTOLAR

"Xalça Dünyası Assosiasiyası" İctimai Birliyi Quba rayonunda "Milli-mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili" layihəsinin icrasına başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi xalçaçılıq sənətinə maraq göstərən və yiyələnmək istəyən xanımların milli-mənəvi irsimiz olan qədim xalçaçılıq sənətinin qorunması barədə maarifləndirilməsi, onlara qədim və unudulmaqda olan xalça naxışlarının təqdim edilməsi, naxışların yenidən və yerində istifadəsi qaydalarının izah olunması, xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımların xalça saplarının və rənglərinin seçilməsi ilə bağlı məlumatlandırılmasıdır.

Quba rayonunda layihə çərçivəsində xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımların iştirakı ilə ilk təlim keçirilib. Təlimdə İctimai Birliyi sədri, Azərbaycanın ilk sahibkar qadını Fatimət Ağamirzəyeva və layihənin təlimçisi Məlahət Abdullayeva iştirakçıları xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması ilə bağlı məlumatlandırıblar, onlara bu istiqamətdə məsləhətlər və tövsiyələr veriblər.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadə olunması, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması, habelə, xalçaların yuyulması, daranması, xalçalara ilmə vurma və qayçılanmasıdır.

Qeyd edək ki, təlim günlərində 1 gün nəzəriyyə, 3 gün isə praktiki iş təcrübəsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə