“Bakıda Peterburq görüşləri” başlayıb

“Bakıda Peterburq görüşləri” başlayıb

Mayın 18-dən 20 –dək Nizami Kino Mərkəzində Sankt –Peterburq hökümətinin xarici əlaqələr üzrə Komitəsinin, Rusiya səfirliyinin, Rossəməkdaşlığın Azərbaycandakı nümayəndəliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən "Bakıda Peterburq görüşləri" layihəsi çərçivəsində Lenfilm kinostudiyasının çəkdiyi filmlərin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, üç gün ərzində şəhər sakinləri və qonaqlar Lenfilm kinostudiyasının kolleksiyasından ayrı-ayrı illərdə çəkilmiş filmləri izləyə bilərlər:

18 may saat 18:30-da "Moy dobrıy Papa" flmi 1970 il

19 may saat 18:30-da "Poklonnitsa" filmi 2012 il

20 may saat 18:30-da "Kontribusiya" filmi 2016 il

Layihənin məqsədi Azərbaycanla Sankt-Peterburq arasında ikitərəfli elm, təhsil, mədəni əlaqələrin möhkəmlənməsi və genişləndirilməsidir.

Qeyd edək ki, seanslara giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə