“Muzeylər və mədəni landşaftlar” mövzusunda tədbir keçirilib FOTOLAR
İçərişəhərdəki Əliağa Vahid bağında Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə "Muzeylər və mədəni landşaftlar" mövzusunda tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbiri İCOM-un Azərbaycan Milli Komitəsinin rəhbəri Röya Tağıyeva açaraq bildirib ki, təbiətlə tarixin ahəngindən yaranan mədəni landşaftlar ardıcıl olaraq zaman və insanlar tərəfindən yenilənir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsul işçisi Akif Rzayev çıxışında bu günün və tədbirin önəmindən söz açıb.
Tədbir çərçivəsində təqdim olunan sərgidə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təsviri sənət qalereyası və "Günəş" rəsm studiyasının şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində və Kənd Təsərrüfatı Muzeyində çəkdikləri rəsm əsərləri və fotolar nümayiş olunub.
Sərgi ilə tanışlıqdan sonra xalq rəssamı Arif Hüseynov fərqlənən uşaqlara diplomlar təqdim edib.
Tədbirdə Bülbülün memorial muzeyi, Tahir Salahovun ev-muzeyi, eləcə də Basqal İpək Kəlağayı Muzeyini əks etdirən fotolar da sərgilənib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB