“Gənc memarların xəyalları” adlı tədbir-sərgi keçirilib

“Gənc memarların xəyalları” adlı tədbir-sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Beynəlxalq Muzeylər Günü"nə həsr olunmuş "Gənc memarların xəyalları" adlı tədbir-sərgi keçirilib. Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetin tələbələri, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvləri, Bakı şəhərində yerləşən müxtəlif məktəblərin şagirdləri iştirak ediblər.

Sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin və digər rəssamların 34 əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Beynəlxalq Maarifçilik Akademiyasında dekorativ-tətbiqi sənət üzrə rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsinin dekanı İmran Kərimov çıxış ediblər.

Tədbir Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvlərinin səsləndirdiyi musiqili kompozisiya ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə