Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə Laçın rayonunun işğal olunmasının 24-cü ildönümü ilə əlaqədar "Əsirlik həyatı" sənədli filminin təqdimatı keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Gültəkin Nərimanın çəkdiyi "Əsirlik həyatı" filmi Laçının işğalı zamanı girov götürülən bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.
Nümayişdən əvvəl Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə millət vəkili Aqil Abbas, Laçın Rayonu İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ veteranı Xəyyam Nəsibov, Laçın sakinləri Həcər Paşayeva və Şücayət Hüseynova çıxışlarında Laçınla bağlı xatirələrini danışaraq, yetişməkdə olan gənc nəslin bu hadisələrin yaddaşlarında həkk olunması üçün daha da geniş təbliğ işlərinin aparılmasını vurğulayıblar. Onlar tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əmin olduqlarını qeyd ediblər.
Daha sonra film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB